“iPhone 16” seriyasının maket şəkilləri sızdırılıb – FOTO

İnternetdə “iPhone 16” və “16 Pro” dizaynını əks etdirən yeni maket şəkilləri paylaşılıb.

İndex.az xəbər verir ki, xüsusilə “iPhone 16” modellərində kamera və düymə düzümünün dəyişəcəyi bildirilir.

Bu kontekstdə, ümumi dizayn dili eyni qalsa da, çarpaz kamera yerləşdirmə standart versiyalarda sona çatacaq.

Bu o deməkdir ki, arxa tərəfdəki kamera sensorları “iPhone X” və “iPhone 12″də olduğu kimi şaquli şəkildə hizalanacaq.

Bundan əlavə, “iPhone 16”, “16 Plus”, “16 Pro” və “16 Pro Max”ın “Apple A18” çipset ilə buraxılacağı gözlənilir.