COVID-19 əleyhinə peyvənd vurulmayıb – STATİSTİKA

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

İndex.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, vurulan vaksinlərin ümumi sayı 13 669 883, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 341 971 nəfər olub.

İkinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 842 230, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 244 010 nəfər təşkil edib.

Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 241 672 nəfər təşkil edir.