Fransa Olimpiya Oyunlarından 6,7-11 milyard avro gəlir proqnozlaşdırır

Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtı Parisdə keçiriləcək. Fransa təxminən 10.500 idmançının qatılacağı Olimpiada üçün günləri sayarkən, oyunların ölkəyə xüsusilə iqtisadi və tanıtım baxımından müxtəlif faydalar təmin edəcəyi gözlənilir.

İndex.az xəbər verir ki, 2024-cü il Paris Olimpiadası tarixdə ən çox bilet satılan oyunlar olub.

Oyunlara buraxılan 10 milyon biletdən 9,3 milyonu satılıb. Bilet qiymətləri 90, 250, 500, 900, 1600 və 2700 avro olaraq müəyyən edilərkən, 2700 avroluq bilet sahibləri yemək xidmətinin də olduğu paket üçün 3850 avro ödəyib.

Paris Turizm Ofisi həmçinin oyunlar zamanı Parisə səyahət edən turistlərin 2,6 milyard avro xərcləyəcəyini proqnozlaşdırır. Bu xərclərin inflyasiyanın və yaşayış minimumunun yüksəldiyi bir vaxtda Fransa iqtisadiyyatını stimullaşdıracağı gözlənilir.

Olimpiadanın iqtisadi töhfəsini təhlil edən Fransada yerləşən İdman Hüququ və İqtisadiyyatı Mərkəzinin məlumatına görə, Olimpiadanın Paris bölgəsinə 6,7 milyard avro ilə 11,1 milyard avro arasında müsbət töhfə verəcəyi gözlənilir.