
Bu il may ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,1% artaraq 685 446 olub.
İndex.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövləv Vergi Xidməti məlumat yayıb
Bildirilir ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 5% artıb və 36 414 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 1,4% artaraq 185 874-ə çatıb.