ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi 30 ştatda iqlimin çirklənməsinin azaldılması layihələrini maliyyələşdirmək üçün 4,3 milyard dollar vəsait ayıracağını açıqlayıb.
İndex.az xəbər verir ki, bəyanatda qeyd olunan məlumatlara görə, iqlim böhranı ilə mübarizə, havanın çirklənməsinin azaldılması, ekoloji ədalətin inkişafı və Amerikanın təmiz enerjiyə keçidinin sürətləndirilməsinə yönəlmiş həllərin həyata keçirilməsi üçün 4,3 milyard dollardan çox vəsait veriləcək.
Açıqlamada, bütün hüquqi və inzibati tələblər yerinə yetirildikdən sonra vəsaitin bu ilin sonunda paylanmasının planlaşdırıldığı və layihələrin 2050-ci ilə qədər həyata keçiriləcəyi qeyd olunub.