“Microsoft”, səhv təhlükəsizlik yeniləməsindən sonra keçən cümə günü dünyanın ən böyük İT kəsilməsinə görə Avropa İttifaqını (Aİ) günahlandırdı.
İndex.az xəbər verir ki, “Wall Street Journal” qəzetinə verdiyi açıqlamada texnologiya nəhəngi, Avropa Komissiyasının təkid etdiyi 2009-cu ildəki razılaşmanın “Microsoft”un kibertəhlükəsizlik firması “Crowdstrike”in təxmini 8,5 milyon kompüterin nasazlığına səbəb olan yeniləməsinin qarşısını alacaq təhlükəsizlik dəyişiklikləri etməsinə mane olduğunu bildirib.
Avropa Komissiyası 2000-ci illərin əvvəlindən “Microsoft”u məşhur “Windows” proqram təminatına görə digər şirkətlər üzərində ədalətsiz üstünlük əldə etməkdə ittiham edir.
“Microsoft”un əsas rəqibi “Apple” 2020-ci ildə “Mac” kompüterlərində girişi bloklayıb və bunun təhlükəsizlik və etibarlılığı artıracağını iddia edib.
“Microsoft”un sözçüsü “Wall Street Journal”a bildirib ki, şirkət Aİ razılaşmasına görə oxşar dəyişiklik edə bilməz.
Qeyd edək ki, qlobal böhran səbəbindən minlərlə reys təxirə salınıb və ya ləğv edilib, sərnişinlər hava limanlarında qapalı qalıblar. İngiltərənin səhiyyə xidmətləri də kəsilmələrdən təsirlənib.