ABŞ prezidenti Co Bayden ABŞ-ın vitse-prezidenti Kamala Harrisin keçirdiyi ianə kampaniyası üçün öz dəstəyini göstərib.
İndex.az xəbər verir ki, Bayden Harrisə dəstəyini açıqladıqdan sonra edilən ianələrin məbləği 81 milyon dollara ötüb.
Kamala Harris isə bu dəstəkdən sonra prezident Co Baydeni tərifləyib.
Baydeni tərifləyən Harris bildirib ki, Baydenin bir müddətli prezidentliyi dövründə əldə etdiyi uğurlar artıq iki müddətə xidmət etmiş əksər prezidentlərin uğurlarını üstələyib:
“Dürüstlük, namus, iman və ölkəsinə bağlılıq Baydenin əsas keyfiyyətlərindəndir. Prezidentimiz Co Baydenə, Amerika xalqına və millətimizə göstərdiyi xidmətlərə görə dərin minnətdarlığımızı bildiririk”.