Bir çox avtomobil nəhəngləri normal olaraq yaxın illərdə tam elektrik avtomobillərinə keçməyi planlaşdırırdılar. Lakin tələbatın olmaması onların bu planlarını təxirə salmasına səbəb olub.
İndex.az xəbər verir ki, “Ford” əvvəlcə 2030-cu ilə qədər Avropada yalnız elektrik avtomobilləri satmağı planlaşdırırdı. Bu plan 2021-ci ildə elan edilib. 2026-cı ildə onlar bütün yerli modellərini təkrar doldurulan hibridlər edəcəklər. Ancaq bu planlar dəyişdi.
Tələbatın olmaması “Ford”u Avropada tamamilə elektriklə işləyən avtomobillərə keçməkdən çəkindirdi.
“Ford”un “Model E” elektrikləşdirmə şöbəsinin baş direktoru Marin Qjaja “Autocar”a bildirib ki, 2030-cu ilə qədər Avropada tam elektriklə işləmək həm müştərilər, həm də özləri üçün yaxşı seçim olmayacaq.
“Ford”un planlarının həddən artıq iddialı olduğunu deyən Qjajanın sözlərinə görə, imtinanın səbəbi, təsəvvür etdiyiniz kimi, müştərilərin elektriklə işləyən avtomobillərə tələbatının kifayət qədər olmamasıdır. Menecer hesab edir ki, elektriklə işləyən avtomobillərin baha olması və dövlət tərəfindən verilən stimulların azalması tələbin azalmasında təsirli olur.
Gjaja həmçinin bildirdi ki, çoxlu güc aqreqatları ilə avtomobil yanaşması, xüsusən də Avropada rəqabətədavamlı qalmaq üçün təsirli olacaq. Beləliklə, şirkət həm daxili yanma, həm də tam elektrik və hibrid modelləri təklif etməyin daha yaxşı variant olduğunu düşünür.