Bu ilin yanvar-iyun aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,8 % artaraq 1 milyard 030 milyon manat təşkil edib.
İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Dövriyyənin 9,646 milyon manatı dövlət, 1 milyard 020,336 milyon manatı isə qeyri-dövlət sektorunun payına düşüb. Bu da, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,3 % və 7,7 % çoxdur.
Özəl sektorda isə dövriyyənin 51,1 %-i hüquqi şəxslərin, 48,9 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.
Hüquqi şəxslər üzrə dövriyyə il ərzində 8,8 % artaraq 520,9 milyon manata çatıb.