Avropa İttifaqının hazırladığı Çin mənşəli elektrik avtomobillərinə tətbiq edilən əlavə gömrük vergisi avtomobil istehsalçılarının satış proqnozlarını azaltmasına səbəb olur.
İndex.az xəbər verir ki, ikinci rübün maliyyə nəticələrini açıqladığı iclasda “Volvo Cars” 2024-cü il üçün satış artımı proqnozunu 15%-dən 12%-ə endirib.
İsveçli avtomobil istehsalçısının ən əhəmiyyətli elektrik avtomobil modellərindən bəziləri Çində istehsal olunur və Aİ-nin tarifləri şirkət istehsalı Belçikaya keçirənə qədər satışlara mənfi təsir göstərəcək.