Hotellərdə yoxlamalar aparılacaq

Hotellərdə yoxlamalar aparılacaq

img



Azərbaycan Turizm Bürosu ölkədəki hotellərə "ulduz" verilməsi üzrə yeni meyarların tətbiqini planlaşdırır. Hotellərin aldıqları "ulduz"ların yeni meyarlara uyğunluğu yoxlanılacaq.

 

Bu barədə jurnalistlərə açıqlamasında qurumun baş icraçı direktoru Florian Zenqstşmid məlumat verib.

 

Onun sözlərinə görə, bunun üçün xaricdən mütəxəssislər cəlb olunacaq.

 

“Məqsədimiz hər hansı hoteli cəzalandırmaq deyil, onların xidmət səviyyəsini yüksəltməkdir. Hər bir hotelə otel üçün öz imkanları çərçivəsində qiymət məyyən ediləcək”, - deyə F. Zenqstşmid qeyd edib

 

© Report