Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırılıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı-Ağstafa-Bakı marşrutu ilə hərəkət edən qatarlarına Biləcəri, Yevlax, Goran, Gəncə, Dəllər, Qovlar və Ağstafa stansiyalarında dayanacaq verilir.

İndex.az ADY-ə istinadən xəbər verir ki, təmir-yenidənqurma işlərinin aparılması ilə bağlı hazırda qatarların Tovuz stansiyasında dayanması mümkün deyil.

“Yaxın aylarda təmir işləri bitdikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək və stansiya yenidən sərnişinləri qəbul edəcək”, – məlumatda qeyd olunur.