“Spotify” nə qədər pul qazandığını açıqladı

“Spotify”ın paylaşdığı məlumata görə, xidmətin illik gəliri 20 faiz artaraq 3,6 milyard avroya çatıb.

İndex.az xəbər verir ki, şirkətin mənfəətinin 168 milyon avro olduğu açıqlanıb.

Analitiklərin gözləntiləri 156,4 milyon avro idi. Bu kontekstdə şirkətin gözləntiləri aşdığını söyləyə bilərik.

“Spotify-“ın ödənişli abunəçilərinin sayı 14 faiz artaraq 239 milyona çatıb. Reklamlar da daxil olmaqla, aktiv istifadəçilərin ümumi sayı 615 milyona yüksəlib.