Gələn həftə də iş olmayacaq - QƏRAR

Gələn həftə də iş olmayacaq - QƏRAR

img



Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib.

 

Nazirlər Kabinetindən verilən məlumatda deyilir ki, bu qərar dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərə, həmçinin, banklara, supermarketlərə, ərzaq mağazalarına, əczaçılıq müəssisələrinə, apteklərə, yeyinti məhsulları istehsalı müəssisələrinə və bu qərarın əlavəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərinə və zəruri halda onların işə cəlb etdikləri işçilərə şamil edilmir.

 

Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qeyri-iş günlərinin şamil edilmədiyi dövlət  orqanları və qurumları:

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası

 

Nazirlər Kabinetinin Aparatı

 

Səhiyyə işçiləri (Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyti, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri)

 

Xarici İşlər Nazirliyi ( o cümlədən Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri)                           

 

Daxili İşlər Nazirliyi

 

Baş Prokurorluq

 

Dövlət Təhlükəsizliyi Xidməti

 

Xarici Kəşfiyyat Xidməti

 

Müdafiə Nazirliyi

 

Dövlət Sərhəd Xidməti

 

Fövqəladə Hallar Nazirliyi

 

Ədliyə Nazirliyi

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

Təhsil Nazirliyi

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

İqtisadiyyat Nazirliyi

 

Maliyyə Nazirliyi

 

Müdafiə Sənayesi Nazirliyi

 

Energetika Nazirliyi

 

Kənd Təsərrüfatı Nazirliyi

 

Qida Təhlükəsizliyi Agentliyi

 

Dövlət Gömrük Komitəsi

 

Dövlət Miqrasiya Xidməti

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

 

Dövlət Statistika Komitəsi

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət)

 

Şəhər və rayon icra hakimiyyəti orqanları

 

Azərbaycan Mərkəzi Bankı

 

Azərbaycan Respublikasının Dövlət Neft Fondu

 

Əqli Mülkiyyət Agentliyi

 

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi

 

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc)

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

 

Dənizkənarı Bulvar İdarəsi

 

Dövlət İmtahan Mərkəzi

 

Hesablama Palatası

 

“Azərişıq” ASC

 

“Azərsu” ASC

 

“Azəriqaz” İB

 

“Azərenerji” ASC

 

“Azərkosmos” ASC

 

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC

 

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR)

 

“Azəristiliktəchizat” ASC

 

“Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı

 

Qeyd edək ki, Nazirlər Kabinetinin 12 mart tarixli qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilmiş, Novruz bayramında 9 gün qeyri-iş günü müəyyənləşib.

 

Belə ki, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günü olub. 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirildiyi və 28 mart şənbə gününə təsadüf etdiyi üçün isə Novruz bayramında 9 gün iş müəyyənləşib.