Mübariz Mənsimov aclıq aksiyasını davam etdirir, halsız vəziyyətdədir

Mübariz Mənsimov aclıq aksiyasını davam etdirir, halsız vəziyyətdədir

img



“Palmali” şirkətlər qrupunun rəsmisi Fidan Quliyeva Türkiyədə həbs edilən iş adamı Mübariz Mənsimovun vəziyyəti ilə bağlı son məlumatı yayıb.

İndex.az xəbər verir ki, “Türkiyə məhkəməsinin qərarı ilə barəsində həbs qərarı verilən Mübariz Mənsimov artıq 10 gündür ki, aclıq aksiyasını davam etdirir. Vəkillərin verdikləri məlumata görə, bu səbəbdən səhhəti ağır durumda, özü isə halsız vəziyyətdədir. Vurğulamaq lazımdır ki, vəkillər Mənsimovun həbsdən azad edilməsi istiqamətindən fəaliyyətlərini durmadan davam etdirirlər”, - o bildirib.