“Bəzi apteklərdə 20-30 manata maska satılır”

“Bəzi apteklərdə 20-30 manata maska satılır”

img



Hüquqşünas Aslan İsmayılov maska (respirator) çatışmazlığı və onların qiymətinin kəskin şişirdilməsinə etiraz edib.

 

İsmayılov deyib ki, tək-tük apteklərdə 20-30 manata bir maska satılır:

 

“Dezinfeksiya məhlullarının, spirtin qiyməti də süni şəkildə günü-gündən şişirdilir. Görəsən, bu vəziyyət nə qədər davam edəcək?! Yoxsa yenə faciə üzərində milyonlar qazananlar tapılır?!”