“Sınıq Körpü” məntəqəsindən keçid saatı azaldıldı

“Sınıq Körpü” məntəqəsindən keçid saatı azaldıldı

img



Gürcüstandan qayıdan Azərbaycan vətəndaşlarının, eləcə də əks tərəfə hərəkət edən Gürcüstan vətəndaşlarının “Sınıq Körpü” sərhəd-keçid məntəqəsindən istifadəsi üçün verilən vaxta dəyişiklik edilib. 

Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, dəyişikliyə əsasən, vətəndaşlar sərhəd-keçid məntəqəsindən yalnız saat 10:00-dan 12:00-dək istifadə edə biləcəklər. Daha əvvəl isə verilən vaxt saat 10:00-dan 18:00-dək idi.

Dəyişikliyin yük daşımalarına şamil edilmədiyi bildirilib.

APA