"Belomorkanal" papiroslarını ölkəyə keçirə bilmədi

img






Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun Rusiya istiqamətindən idxal gömrük nəzarət xəttinə daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21110" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

İndex.az-ın Komitəyə istinadən verdiyi məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 1375 ədəd "Belomorkanal" papirosları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.