Bakıda bu binalar söküləcək – Dəqiq ünvanlar

Bakıda bu binalar söküləcək – Dəqiq ünvanlar

img



Bakının Sabunçu rayonuda qəzalı vəziyyətdə olan binalar sökülərək yerində daha müasir və yeni binalar tikiləcək.

“İndex” Fins.az-a istinadən xəbər verir ki, Sabunçu Rayon İcra Hakimiyyəti qəzalı binaların sökülməsi işlərinin satın alınması üçün 10 dekabr 2019-cu il tarixində tender elan edib. Tenderdə qalib gələcək şirkət rayonun bir çox küçələrində qəzalı və istismara  yararsız binaların sökülməsini həyata keçirəcək.

Belə ki, Sabunçu rayonu ərzisində bir sıra küçələrdə artıq istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan yayaşayış üçün yararsız binaların sökülməsinə ehtiyac yaranıb.Bunu nəzərə alaraq 26 oktyabr 2015-ci ildə Nazirlər Kabineti tərəfindən “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərar verib. Qərarda  Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) 5 il ərzində həyata keçirəcəyi “Pilot layihə” formatı Sabunçu rayonu ərazisindəki qanunsuz tikliləri əhatə etməyəcəyi nəzərdə tutulub. Müvafiq qərarın icrası məqsədi ilə  Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən aşağıda göstərilən ünvanlarda yerləşən evlər və yaşayış binaları söküləcək.

Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 6 6.

Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi, 27 7.

Sabunçu qəsəbəsi, M.Rəsulzadə dalan 3, ev 2 8.

Sabunçu qəsəbəsi, B.Bünyatov küçəsi, 7A 9.

Sabunçu qəsəsəbəsi, 2 Aprel küçəsi , ev 8A 10.

Sabunçu qəs. 2 Aprel küçəsi, 18 11.

Sabunçu qəs. D.Pişəvari küçəsi, 13Q 12.

Sabunçu qəs. D.Pişəvari küçəsi, 15 13.

Qeyd edək ki, qəzalı vəziyyətdə olan, müəyyən yerləri uçan mövcud  binalar  Sabunçu rayonunda dövlət mənzil fondu - fərdi evlər bura aid deyil - dövlət balansında olan binalar (JEK evləri) söküləcək, yerində yeni, hər cür şəraiti olan binalar tikiləcək