“Ege Hospital” bir qrup qəssabın yığışdığı cəlladxanaya oxşayır”

“Ege Hospital” bir qrup qəssabın yığışdığı cəlladxanaya oxşayır”

img



“Ege Hospital” şəfa ocağından çox, bir qrup qəssabın yığışdığı cəlladxanaya oxşayır”.

“İndex” xəbər verir ki, bu barədə İctimai Televiziyanın (İTV) əməkdaşı Elmar Əbilov "Facebook"dakı hesabında yazıb.

E.Əbilovun sözlərinə görə, adıçəkilən xəstəxanada pasientlərdən nəzərdə tutulandan daha artıq vəsait tələb edilir: “Dünən bir biopsinin götürülməsi üçün bizdən 450 manat pul istədilər. Biz də o qədər düşünməmişdik deyə, dedik 200 manatını indi veririk, siz işə başlayın, qalanını da yarım saata ödəyəcəyik. Qəbul etmədilər, dedilər ödəniş tam olmalıdır. Yoxsa heç bir iş görmürük. Ödənişi tam etdikdən sonra isə bizi min bir bəhanə ilə 2 saat gözlətdilər. Bir sözlə tüpürüm sizin səhiyyənizə!

Bizlə eyni vaxtda rayondan gələn xəstənin ürəyinə stend qoymaq üçün dedikləri puldan əlavə ödəniş tələb edirdilər deyə yaxınları pərişan durumda idi. Yazıqlar əllərində nə var idi, hamısını yığıb əvvəlcə dedikləri məbləği ödəmişdilər. Üstəlik həmin insanın əməliyyatdan sağ çıxacağına da zəmanət vermidilər. Siz həmin insanların onlara yalvarışlarını görəydiniz. Amma cəllad kimi durmuşdular, bir qram mərhəmət hissi yox idi “Ege hospital”ın işçilərində.

Ödənişi etdikdən sonra kassa çeki tələb edirəm, kassir qız qeyri-adi söz eşidirmiş kimi matıxıb sifətimə baxdı. Dedi bizdə belə şey yoxdur. Dirəşdim deyə, sonunda bezib verdi. Amma, fikir verdim, məndən başqa heç kimə kassa çeki vermirdilər. Hörmətli, Vergilər Nazirliyi mütləq orda yoxlamağa başlamanız lazımdır!”.

NewsCafe”