"Qara cümə"də 7,4 milyard dollarlıq rekord

img






ABŞ-da "Black Friday" adlandırılan "Qara cümə" endirim günündə, ölkədəki istehlakçılar 7,4 milyard dollarlıq onlayn alış-veriş edərək rekordu yeniləyiblər.

 

Amerika mediasında yer alan və "Adobe Analytics" tərəfindən toplanmış rəqəmlərə görə, bu ilki "Qara cümə" rekordla bağlanıb və 7,4 milyard dollar olmaqla bütün zamanların ən yüksək onlayn satış rəqəminə çatılıb.

 

"Adobe Analytics"in rəqəmlərinə görə, bu ilki onlayn alış-veriş həcmi ötən ilin eyni günü ilə müqayisədə 20% artıb. Yalnız cümə günkü bütün onlayn sifarişlərin 39%-i cib telefonları üçün verilib.

 

"Qara cümə"nin ardından 2 dekabrdakı "Kiber bazar ertəsi" (Cyber Monday) günündə də 9,4 milyard dollarlıq onlayn satış rəqəmi ilə yeni bir rekordun qırılması gözlənilir. Keçən il "Kiber bazar ertəsi"ndə 7,9 milyard dollarlıq onlayn satış qeydə alınmışdı.

 

ABŞ-da hər il noyabrın əvvəlindən dekabr sonuna qədər davam edən və "Minnətdarlıq Günü (Thanksgiving Day)", "Qara cümə" (Black Friday), "Kiçik Bizneslər Şənbəsi (Small Business Saturday)", "Kiber bazar ertəsi (Cyber Monday)", "Milad" (Christmas)  və Yeni il gününü (New Year's Day) əhatə edən tətil mövsümündə bu il təxminən 730 milyard dollarlıq pərakəndə satış gözlənildiyi bildirilmişdi.

Oxşar xəbərlər