Bu şadlıq sarayları havanı çirkləndirir - SİYAHI

img






Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaya normadan artıq tüstü və zərərli tullantılar atan ictimai iaşə obyektlərinin adları açıqlayıb.

Bu barədə nazirlik rəsmisi Vüqar Kərimov bildirib. O deyib ki, monitorinq zamanı Nizami rayonunda fəaliyyət göstərən “Cənnət”, “Xan bağı”, “Xan sarayı”, “Madonna”, “Milord”, “Hissa”, “Grace Hall”, “Ayla2 şadlıq sarayları, “Səhər mehi” və “Kometa” restoranlarında tullantıların miqdarı normadan artıq olduğu müəyyənləşib.

Binəqədi rayonunda “Sonalar sonası”, “Qızıl tac”, “Şahənşah”, “Mələk”, “Oğuz xan”, “Al saray”, “Amor”, “Röya” şadlıq sarayları da havanı çirkləndirən iaşə obyektləri sırasına düşüb

Nazirlik rəsmisi bildirib ki, Xətai rayonunda “Fəridə”, “Elgün”, “Neapol”, “Movida”, “Mirana”, “Leyla”, “Şahzadə”, Nərimanov rayonunda “Şuşa, “Su sonası” şadlıq sarayları, “Orman”, “Xankəndi”, “İsa bulağı” restoranları, Sumqayıtda şəhərində “Qubadlı”, “Dan ulduzu”, “Şahanə”, “Tural”, “Nurlan” və “Dədə Qorqud”, Abşeronda “Qarabağ”, “Ülvi”, “Səmayə” və “Sultan”, Gəncə şəhərində “Firuzə”, “Tural” və “Şahzadə” şadlıq saraylarının atmosferi çirkləndirdiyi məlum olub.

Bununla əlaqədar şadlıq saraylarının sahiblərinə xəbərdarlıq edilib, təcili tədbir götrülməsi tələb olunub.

Modern.az

Oxşar xəbərlər