Qazaxıstan Azərbaycanda ticarət nümayəndəliyi açacaq - Bu il

img






Qazaxıstan 2019-cu il ərzində xarici ölkələrdə 10 ticarət nümayəndəliyi açmaq niyyətindədir.

“APA-Economics"in "Kazinform"a istinadən verdiyi məlumata görə, bunu Qazaxıstanın Baş naziri Askar Mamin bildirib.

Onun sözlərinə görə, cari il ərzində Qazaxıstan Rusiya (Kazan, Moskva və Yekaterinburq), Özbəkistan (Daşkənd), Çin (Urumçi və Pekin), BƏƏ (Ras-əl-Hayma), Qırğızıstan (Bişkek), Azərbaycan (Bakı) və Belarusda (Minsk) ticarət nümayəndəlikləri açacaq.

Oxşar xəbərlər