KOBİA işçi axtarır - Vakansiya

img






Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Elektron xidmətlərin təşkili departamentinin Çağrı mərkəzi sektoruna aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan edir.

İndex xəbər verir ki, işçinin vəzifə və öhdəlikləri aşağıdakılardır:

aidiyyəti normativ-hüquqi və təşkilatı-sərəncamverici sənədlərin tələblərinə uyğun olaraq operativ telefon məlumat xidməti göstərmək;

telefon məlumat xidmətinin göstərilməsi zamanı daxil olan müraciətləri qüvvədə olan normativ hüquqi aktlara uyğun olaraq sənədin mənbəyi göstərilməklə cavablandırmaq;

telefon məlumat xidmətinin göstərilməsi zamanı müvafiq müraciət vərəqələrini tərtib etmək;

mərkəz tərəfindən operativ telefon məlumat xidmətlərinin göstərilməsinin

təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.

 

Ali təhsil tələbi: Bakalavriat səviyyəsi - iqtisadiyyat və ya idarəetmə ixtisasları qrupu;

Azərbaycan dilində sərbəst danışmaq (xarici dil bilikləri üstünlükdür);

Şifahi və yazılı formada özünü ifadə etmək;

Müvafiq sahədə iş təcrübəsinin olması üstünlükdür.

 

Şərtlər:

Tam iş günü, iş qrafiki I-V günlər.

Oxşar xəbərlər