Bakı-Sumqayıt qatarlarının hərəkəti qısa müddətdə ləngiyib

img






Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin Keşlə stansiyasında yan qidalandırıcı xətdə texniki nasazlıq yarandığından Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkətində qısa müddətdə ləngimə olub.

İndex “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, nəticədə 6008 və 6010 saylı qatarlar qrafikdən çıxıb. Operativ tədbirlər nəticəsində 25 dəqiqə ərzində nasazlıq aradan qaldırılıb. Hazırda marşrut üzrə elektrik qatarları cədvəl üzrə hərəkət edir.

Oxşar xəbərlər