Niyə qanımız okeanın dərinliklərində yaşıl rəngə çevrilir?

Dalğıc videosuna baxanlar bilir ki, dalğıcın bir yeri qanasa, qanı yaşıl rəngdə görünür. Elmi fantastika filmindən bir səhnə kimi görünən bu vəziyyətin arxasında əslində çox sadə bir səbəb var.

Gəlin bu səbəbin nə olduğuna nəzər salaq və okeanın dərinliklərindəki heyvanların niyə adətən qırmızı və qara rəngdə olduğunu izah edək.

Niyə qanımız okeanda yaşıl rəngə çevrilir?

Bu vəziyyətin səbəbini öyrənmək üçün ilk növbədə orta məktəbdə təbiət elmləri dərslərini xatırlayaq. Bizə öyrədilənlərə görə gördüyümüz hər hansı bir obyektin rəngi ondan əks olunan işığın gözümüzə çatması nəticəsində yaranır.

Başqa sözlə, qırmızı obyektlərin qırmızı, yaşıl obyektlərin isə yaşıl görünməsinin səbəbi, həmin rəngləri əks etdirən digər işıq spektrlərini qəbul etmələridir.

Açığı, vəziyyət bundan bir qədər fərqlidir. Obyektlər işığın müxtəlif dalğa uzunluqlarını əks etdirir. Qan həmçinin rənglərin çoxunu udur və işığı qırmızı spektrdə əks etdirir. Bundan əlavə, yaşıl və mavi işığı çox az miqdarda əks etdirir.

Su bir qədər mavi görünür, çünki qırmızı dalğa uzunluqlarında çoxlu işığı udur. Daha dərinə getsəniz, qırmızı işıq udulur və yalnız yaşıl işıq əks olunur. Deməli, belə sadə bir səbəbdən okeanın dərinliklərində hardasa qanayanda onu yaşıl olaraq görməyimiz çox mümkündür.

Bu səbəbdən dərinliklərdə yaşayan balıqların çoxu qırmızıdır.

Milli Okean və Atmosfer Administrasiyası bunu açıqlamasında deyir: “Qara rəngli heyvanlar mövcud işığın bütün rənglərini udurlar. Qırmızı işığın əks olunmadığı halda, qırmızı rəngdə heyvanlar qara rəngdə görünür və bədənləri bütün mövcud işığın dalğa uzunluğunu udur. Ona görə də qırmızı və qara rəngli heyvanlar okeanda daha çox üstünlük təşkil edir”.