“Microsoft”un gəlirləri 62 milyard dollara çatıb

“Microsoft” balans hesabatını açıqladı.

İndex.az xəbər verir ki, şirkətin gəlirləri yanvar-mart dövründə keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 17 artaraq 61,9 milyard dollara çatıb.

“Microsoft” 2023-cü ilin yanvar-mart dövründə 52,9 milyard dollar gəlir əldə edib. Şirkətin xalis mənfəəti eyni dövrdə yüzdə 20 artaraq 21,9 milyard dollara çatıb.

Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 18,3 milyard dollar olub. “Microsoft”un səhm üzrə qazancı da bu müddət ərzində 2,45 dollardan 2,94 dollara yüksəlib.