“Mercedes-Benz” endirim yarışından uzaq duracağını bəyan edib

“Mercedes-Benz”, tədarük zəncirindəki çətinliklərə görə lüks avtomobilləri üçün yüksək qiymət səviyyələrini qoruyacağını bildirərək endirim yarışından uzaqlaşacağını açıqladı.

İndex.az xəbər verir ki, alman lüks avtomobil istehsalçısı birinci rübdə LSEG-in 3,87 milyard qiymətləndirməsi ilə müqayisədə onun faiz və vergilərdən əvvəl qazancının 30 faiz azalaraq 3,86 milyard avroya (4,13 milyard dollar) düşdüyünü söylədi.

Şirkət, qrupun “Mercedes-Benz” avtomobil bölməsində satış gəlirinin əvvəlki ilə nisbətən 14,9 faizdən 9,6 faizə, avtomobil satışlarının isə 8 faiz azalaraq 462 min 978-ə düşdüyünü açıqlayıb. Digər tərəfdən, qrupun sənaye müəssisələrindən əldə etdiyi sərbəst pul axınının yüzdə 3,2 artaraq 2,23 milyard avroya çatdığı qeyd edildi.