Əmanətlərin Sığortalanması Fondundan koronavirusla mübarizəyə 50 000 manat dəstək

Əmanətlərin Sığortalanması Fondundan koronavirusla mübarizəyə 50 000 manat dəstək

img



Əmanətlərin Sığortalanması Fondu əməkdaşları əmək haqlarından koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması tədbirlərə dəstək olub.

İndex.az Fonda istinadən xəbər verir ki, bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 000 manat köçürüblər.