"Xalq Bank"da girovda olan şirkətin rəhbəri vəzifədən gedir

"Xalq Bank"da girovda olan şirkətin rəhbəri vəzifədən gedir

img



30 mart 2020-ci il tarixində “Çinar Park” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.


Gündəlikdəki məsələlər aşağıdakılardır:

 

1. “Çinar Park” ASC-nin 2019-cu maliyyə ili üzrə maliyyə hesabatına baxılması.

2. “Çinar Park” ASC-nin İdarə Heyətinin sədrinin vəzifədən azad olunması və yeni sədrin təyin edilməsi.

3. “Çinar Park” ASC-nin Müşahidə Şurasının üzvlərinin dəyişdirilməsi.

4. Təşkilati məsələlər.


Yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965-ci məhəllədə 5 nömrəli binada keçiriləcək.

 

Qeyd edək ki, “Çinar Park” ASC-nin İdarə Heyətinin sədri Araz Rəhimovdur.


“Çinar Park” ASC-nin 2017-ci il üzrə audit olunmuş maliyyə hesabatına görə, “Çinar Park” ASC-nin səhmlərinin 98,78%-i Mirzəyev Həsən Müşfiq oğluna məxsus olub. Hesabatda şirkətin nizamnamə kapitalı 115 min 388 manat göstərilib.

 

“Çinar Park” ASC-nin əmlakı, “Xalq” Bank ilə “Elektroterm” MMC arasında bağlanmış kredit müqaviləsi üzrə girov qoyulmuşdu. Ötən ilin noyabr ayında keçirilmiş “Çinar Park” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyindəki məsələ “Çinar Park” ASC-nin əmlakının bank girovundan çıxarılması idi.


© Marja