"Azərbaycan Beynəlxalq Bankı"nda yeni TƏYİNAT

"Azərbaycan Beynəlxalq Bankı"nda yeni TƏYİNAT

img



"Azərbaycan Beynəlxalq Bankı" ASC-də (ABB) Baş informasiya inzibatçısı vəzifəsinə təyinat olub.

İndex.az Banka istinadən xəbər verir ki, bu vəzifə Nihat Şenyuvaya həvalə edilib. 

1977-ci il təvəllüdlü N.Şənyuva 2000-ci ildə Türkiyənin Ege Universitetindən Kompüter mühəndisliyi ixtisası üzrə məzun olub. 2009-cu ildə isə Yeditepe Universitetində MBA dərəsəci alıb.

O, 2002–2011-ci illərdə "Yapı Kredi Bank"da, 2011-2016-cı illərdə "Yapı Kredi Bank Azərbaycan"da müxtəlif vəzifələrdə çalışıb. Bankın İnformasiya texnologiyaları departamentinin rəhbəri, daha sonra İT üzrə baş direktoru olub, ABB-nin komandasına qoşulmazdan əvvəl isə "Yapı Kredi Bank"ın digər törəmələri olan "Yapı Kredi Bank Niderland", "Yapı Kredi Bank Malta", "Yapı Credi Factoring", "Yapı Kredi Leasing", "Yapı Kredi Asset Management"də İT və rəqəmsal transformasiya üzrə məsul rəhbər vəzifəsində çalışıb. O, Azərbaycan bankında da İT və rəqəmsal transformasiya proseslərinə rəhbərlik edəcək.