Ötən ilin Azərbaycan Kredit Bürosuna 12 yeni təşkilat qoşulub

Ötən ilin Azərbaycan Kredit Bürosuna 12 yeni təşkilat qoşulub

img



Azərbaycan Kredit Bürosu 2019-cu il ərzində 2 bank olmayan kredit təşkikatı (BOKT), 3 lizinq şirkəti, 2 kredit ittifaqı, 4 nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxs və Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu da daxil olmaqla 12 yeni təşkilatla müqavilə imzalayıb.

“İndex” Büroya istinadən xəbər verir ki, büro tərəfindən hal-hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı və İpoteka və Kredit Zəmanət Fondu, 30 bank, 14 ləğv prosesində olan bank, 44 bank olmayan kredit təşkilatı, 5 ləğv prosesində olan bank olmayan kredit təşkilatı, 2 kredit ittifaqı, 3 lizinq şirkəti, 22 sığorta şirkəti, 3 mobil operator, 3 kommunal xidmət operatoru və 4 nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxs ilə müqavilə imzalanıb və 2019-cu ilin yekununa olan göstəriciyə görə Büronun əməkdaşlıq etdiyi təşkilatların sayı 120-dən 132-yə qalxıb.

2019-cu il ərzində Büro ilə məlumat mübadiləsi aparan təşkilatlar tərəfindən 2,882,846 sorğu həyata keçirilib. Bu göstərici 2018-ci il tarixi ilə müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 56 faiz çoxdur.

Qeyd edək ki, 2018-ci il ərzində müvafiq sistemdən kredit təşkilatları tərəfindən 1,845,144 sorğu yerinə yetirilib. Büroya edilən sorğuların 2,572,178-i banklar, 309,939-u bank olmayan kredit təşkilatları, 137-si nisyə mal alqı-satqısı və 502-si lizinq şirkətləri, 90-ı isə kredit ittifaqı tərəfindən həyata keçirilib.

Büronun skorinq xidmətindən isə il ərzində ümumilikdə 1,923,000 sayda istifadə qeydə alınıb ki, bu da ümumi sorğuların 67%-ni təşkil edir. İl ərzində kredit hesabatı əldə etmək məqsədi ilə kredit tarixçəsi subyektləri tərəfindən Büroya 31,377 müraciət daxil olub. Müraciət etmiş şəxslərin 31,230-u fiziki, 147-si isə hüquqi şəxsdir.