"Yelo Bank"ın rəhbərliyində dəyişikliklər gözlənilir

"Yelo Bank"ın rəhbərliyində dəyişikliklər gözlənilir

img



"Yelo Bank" bəzi saytlarda bankın rəhbərliyində dəyişikliklər olduğu barədə yayımlanmış məlumata münasibət bildirib.

 

Bankın mətbuat xidmətindən Nurlana Musayeva bildirib ki, dəyişikliklər rəsmi təsdiqlənməyib: "Bəzi saytlarda "Yelo Bank"ın rəhbərliyində dəyişikliklər baş veridiyi barədə məlumat yayımlanıb. Bu məlumat rəsmi təsdiqlənməyib. Belə bir dəyişikliklərin gələn ilin əvvəli baş verilməsi nəzərdə tutulur. Rəsmi təsdiq olan kimi, mətbuat məlumatlandırılacaq".

 

Hazırda "Yelo Bank" ASC-də Müşahidə Şurasının Sədri Kulişova Marina Valeryevna, Müşahidə Şurasının üzvləri isə Romanovskiy İvan Vladimiroviç və  Yenukidze Nikoloz Nikolozoviçdir.

 

"Yelo Bank" ASC-də İdarə Heyətinin sədri Nikoloz Şurqaia, İdarə Heyəti sədrinin birinci müavini Fərhad Hacınski, İdarə Heyəti sədrinin müavini Fuad Tağıyevdir. David Birman, Emil Duşdurov, Avtandil Tabatadze, David Tediaşvili və Arif Zeynalov baş direktorlardır.

 

MARJA