“PAŞA Həyat Sığorta”nın səhmdarları toplaşır

“PAŞA Həyat Sığorta”nın səhmdarları toplaşır

img



Gələn il yanvarın 13-də, saat 10:00-da “PAŞA Həyat Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“İndex” xəbər verir ki, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 15 ünvanında olacaq.

Yığıncağın gündəliyinə “PAŞA Həyat Sığorta”nın büdcəsinin təsdiqi edilməsi və bundan irəli gələn məsələlərin həll olunması daxildir.

Xatırladaq ki, "PAŞA Həyat Sığorta" şirkəti 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 milyon manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.