Ölkədəki POS-terminalların sayı açıqlandı

img






Oktyabrda Azərbaycanda ticarət və xidmət obyektlərində istifadə edilən ödəniş aparatlarının sayı 65 608 ədədə çatıb.

İndex Mərkəzi Bankın hesabatına əsasən xəbər verir ki, bu il noyabrın 1-nə istifadədə olan POS-terminalların 64 219 pərakəndə ticarət obyektlərində quraşdırılıb.

Ümumilikdə, oktyabrda istifadə edilən POS-terminalın 39 634 ədədi Bakıda, 25 974 ədədi isə regionlarda quraşdırılıb. Artım daha çox Bakıdakı obyektlərdə quraşdırılan POS-teminalların hesabına baş verib.

Oxşar xəbərlər