Tale Heydərovun Bakıdakı mağazaları bağlandı - FOTO

img






Bakıda fəaliyyət göstərən kitab mağazalarından ikisi fəaliyyətini dayandırıb.

İndex BakuPost-a istinadən xəbər verir ki, Xətai rayonunda və metronun “20 Yanvar” stansiyasının yaxınlığındakı “Bravo” marketlərində olan “LIBRAFF” kitab mağazaları bağlanıb.

Onların icarəyə götürdükləri dükanlar tamamilə boşaldılıb. Məlumata görə, yaxın vaxtlarda LİBRAFF-ın daha bir neçə mağazası fəaliyyətini dayandıracaq.

LİBRAFF mağazalar şəbəkəsi, Fövqəladə hallar Naziri Kamaləddin Heydərovun oğlu Tale Heydərova məxsusdur. Bu mağazalar şəbəkəsi 2017-ci ildə fəaliyyətə başlayıb və paytaxtın görkəmli yerlərində, hava limanında, ticarət mərkəzlərində və Gəncədə oxucuların xidmətinə verilib.

Bir neçə mağazanın açılışını şəxsən Tale Heydərov edib.

Oxşar xəbərlər