Biləsuvarda bir küçənin təmiri 2,9 mln. manata başa gələcək

img






Biləsuvar Rayon İcra Hakimiyyəti rayonda əsas küçənin adablaşmasına 2 mln. 855 min manatdan vəsait sərf edəcək.

İndex xəbər verir ki, Rayon İcra Hakimiyyəti Biləsuvar şəhərində Milli Qəhrəman Mübariz İbrahimov küçəsinin abadlaşdırılması və müasir şəhərsalma prinsiplərinə uyğun yenidən qurulması işləri üzrə tender elan edib.

Tenderin qalibi “ Cənub Təmir Tikinti -1 ” MMC-dir. Rayon İcra Hakimiyyəti bunun üçün 2855009,53 manat sərf edəcək.

Oxşar xəbərlər