Bakıda orta aylıq əməkhaqqı 952 manata çatıb - RƏSMİ

img






Bu ilin yanvar-sentyabr aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 6,1% artaraq 833,6 manat təşkil edib.

İndex Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində sentyabr ayının 1-dən ölkədə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, dövlət neft şirkətində çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əməkhaqlarının yüksəldilməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində 2019-cu ilin sentyabr ayında şəhər üzrə orta aylıq nominal əməkhaqqı 952,4 manata çatıb. Bu da ötən ilin sentyabr ayı ilə müqayisədə 24,4%, bu ilin avqust ayı ilə müqayisədə isə 14,9% çoxdur.

Oxşar xəbərlər