“AFB Bank”dan üç vakant iş yeri

img






“AFB Bank” üç vakant iş yerinə vakansiya elan edib.

İndex xəbər verir ki, Bank Rəqəmsal Bankçılıq Strukturuna baş mütəxəssis, Android və iOS Developer vakansiyaları üzrə mütəxəssislər axtarır.

Belə ki, Rəqəmsal Bankçılıq Strukturuna baş mütəxəssis vəzifəsinə vakansiyasl üzrə namizədə dair tələblət:

•             Ali təhsil (İT Sahəsi üzrə arzu olunandır);

•             Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsi;

•             Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı;

•             Microsoft Office proqramlarında işləmək bacarığı;

•             Məsuliyyətlilik, ünsiyyətlilik, təşəbbüskarlıq;

•             Komandada işləmək bacarığı;

•             Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı

İŞİN TƏSVİRİ:

•             Rəqəmsal məhsulların inkişafı üzrə texniki tapşırıqların hazırlanması;

•             İnkişafı həyata keçirən strukturlarla davamlı ünsiyyətin təmin olunması;

•             Layihələrin plan üzrə gedişatına nəzarət;

•             Məhsul testlərinin həyata keçirilməsi;

•             Əməkdaşlıq edilən şirkətlərlə kommunikasiya qurulması;

•             Rəqib və SWOT analizlərinin həyata keçirilməsi;

•             Analitik məlumatlarla iş və hesabatların hazırlanması;

Vəzifə: Baş mütəxəssis

 

Android Developer vakansiyası üzrə mütəxəssis vəzifəsinə namizədə dair tələblər:

 

•             Java proqramlaşdırma üzrə minimum 3 il iş təcrübəsi

•             Android Studio ilə səlis işləmə bacarığı və Gradle üzrə biliklər

•             Material dizayn prinsipləri haqqında məlumatların olması

•             Android SDK üzrə təcrübə

•             JavaScript, HTML və CSS və üzrə biliklər

•             HTTP və  RESTful API’lər haqqında anlayış

•             GIT ilə işləmə bacarığı

 

İŞİN TƏSVİRİ: 

•             Android platformasında mobil əlavənin inkişafının həyata keçirilməsi

•             Servislərin və sistemlərin mobil tətbiqə inteqrasiya olunması

•             Mobil əlavədə monitorinq aparmaq və yaranmış problemlərə dərhal müdaxilə etmək

•             Mobil tətbiqin qüsursuz istifadəsi üçün daim yeniliklərin tətbiq olunması

•             Yeni funksionallıqların və xidmətlərin inkişafı üzrə təkliflərin verilməsi

 

iOS Developer vakansiyası üzrə mütəxəssis vəzifəsi üzrə namizədə dair tələblır:

 

•             Swift proqramlaşdırma üzrə minimum 3 il iş təcrübəsi

•             Apple dizayn prinsipləri və interface təlimatları haqqında məlumatların olması

•             iOS SDK platforması üzrə biliklər və Xcode ilə səlis işləmə bacarığı

•             HTTP və  RESTful API’lər haqqında anlayış

•             GIT ilə işləmə bacarığı

•             HTML, CSS və JavaScript üzrə bilikləri arzuolunandır

 

İŞİN TƏSVİRİ: 

•             iOS platformasında mobil əlavənin inkişafının həyata keçirilməsi

•             Servislərin və sistemlərin mobil tətbiqə inteqrasiya olunması

•             Mobil əlavədə monitorinq aparmaq və yaranmış problemlərə dərhal müdaxilə etmək

•             Mobil tətbiqin qüsursuz istifadəsi üçün daim yeniliklərin tətbiq olunması

•             Yeni funksionallıqların və xidmətlərin inkişafı üzrə təkliflərin verilməsi

 

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Rəqəmsal Bankçılıq Strukturuna baş mütəxəssis”, “Android Developer” və ya “iOS Developer” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyinizi xahiş edirik.

 

Oxşar xəbərlər