Rafael Cəbrayılov villasına müştəri tapdı

img






Keçmiş deputat Rafael Cəbrayılovun borc qalmaqalı ilə bağlı növbəti məhkəmə prosesi keçirələcək.

İndex Yenisabah.az-a istinadən xəbər verir ki, keçmiş deputat noyabrın 28-də Abşeron Rayon Məhkəməsində hakim Habil Əhmədovun sədrliyi ilə keçiriləcək prosesdə iştirak etməyəcəyi təqdirdə onun barəsində məcburi gətirilmə qərarı çıxaracğı gözlənilir. Məlumat üçün deyək ki, Rafael Cəbrayılov bundan əvvəlki prosesə qatılmaqdan imtina edib.

Keçmiş deputatı məhkəməyə verən isə borc aldığı şəxslərdən biri olan Bakı Dövlət Universitetinin müəlliməsi Xatirə Nəcəfovadır. Rafael Cəbrayılovun ona 200 min dollar borcu var.

Bu arada redaksiyamıza daxil olan məlumata görə, artıq borclu olduğu növbəti şəxs tərəfindən məhkəməyə verilməsindən təşvişə düşüb. Bu baxımdan, məhkəmə prosesinə qədər borcunu qaytarmaq niyyətindədir. Onun artıq sahibi olduğu dəbdəbəli villasına müştəri tapdığı deyilir. İddialara görə, Rafael Cəbrayılov hazırda villanı boşaldaraq əşyaları özünə məxsus tikililərdən birinə daşıyır.

Bildirilir ki, həmin villa keçmiş deputatın qardaşı Elşən Cəbrayılovun dostlarından birinin adına rəsmiləşdirilib. Elə həmin şəxs də villanı almaq istəyir. Lakin onun təklif etdiyi məbləğ Rafael Cəbrayılovu qane etmədiyinə görə başqa müştərilə anlaşıb.

Xatırladaq ki, deputat Rafael Cəbrayılov Təranə Fətəliyeva, Xatirə Nəcəfova və başqa bir neçə şəxsdən külli miqdarda borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib.  O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. Təranə Fətəliyeva Rafael Cəbrayılovu məhkəməyə verərək qalib gəldikdən və digər borclu şəxslərlə bu məsələni ictimailəşdirəndən sonra o, mandatından imtina etməklə bağlı parlamentə müraciət edib. Milli Məclis onun deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət göndərib.

Oktyabrın ayının 2-də MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verilib.

Oxşar xəbərlər