“AtaBank” iki filialını birləşdirdi

img






"AtaBank" daha 2 filialını birləşdirib.

 

Bankın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən "Bakıxanov" filialı "Nizami" filialına birləşdirilib. Artıq Noyabrın 4-dən "Bakıxanov" filialının müştərilərinə "Neftçilər" metrosu yaxınlığında yerləşən “Nizami” filialında xidmət göstərilir.


2019-cu ilin iyul ayından "AtaBank"da islahatlara, o cümlədən filial şəbəkəsinin optimallaşdırılmasına başlanılıb. Avqust ayında Bakı şəhərində Heydər Əliyev pr., 91 ünvanında yerləşən “Xəzər” filialı "Nərimanov" filialına birləşdirilmişdi.

 

Qeyd edək ki, 2018-ci ildə "AtaBank" 32 filial və şöbə ilə müştərilərə xidmət göstərirdi. Hazırda "AtaBank"ın saytında verilən məlumata görə, Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir.  “AtaBank”ın şəbəkəsində 5 şöbə mövcuddur. Şöbələri çıxsaq filialların sayı 27-dən 21-ə düşüb.

 

© Index

Oxşar xəbərlər