“Embafinans” istiqraz buraxdı

img






“Bakı Fond Birjası” QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Embafinans” MMC bank olmayan kredit təşkilatının (BOKT) yeni istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

İndex Fonda istinadən xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazdan (1 milyon manatlıq) gedir.

Qiymətli kağızlar noyabrın 14-də birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək və 1 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 10,5%-dir. Faizlər ayda bir dəfə ödəniləcək. Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Oxşar xəbərlər