Kiyevdə GUAM Biznes Forumu keçiriləcək

img






Dekabrın 12-də Ukraynanın paytaxtı Kiyev şəhərində II GUAM Biznes Forumu keçiriləcək.

İndex xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) məlumat yayıb.

Tədbir GUAM üzvü olan ölkələrin Hökumət Başçılarının görüşü çərçivəsində təşkil olunacaq. Azərbaycanda fəaliyyət göstərən işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur.

Oxşar xəbərlər