Sumqayıt Kimya Sənaye Parkı video-çarxların hazırlanmasına 21 800 manat xərcləyəcək

img






İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin sifarişi ilə ölkədəki sənaye parkları haqqında videotəqdimat və video-çarxlar hazırlanacaq.

İndex xəbər verir ki, bununla bağlı elan edlmiş tender qalibinin adı açıqlanıb. Bu, “Alfa Media” MMC-dir. Tenderin ümumi dəyəri 21 800 manat təşkil edir.

Məlumata görə, videomateriallar 3 dildə - azərbaycan, rus və ingilis dillərində olacaq.

Videotəqdimatda Sumqayıt Kimya, Qaradağ, Pirallahı və Mingəçevir Sənaye Parklarının fəaliyyətini əhatə edəcək.

Oxşar xəbərlər