“İnstagram”ın sahibi “Meta”nın qazandığı pul açıqlandı

2024-cü ilin birinci rübünün sonu ilə şirkətlər maliyyə hesabatlarını dərc etməyə başladılar.

İndex.az xəbər verir ki, paylaşılan məlumata görə, “Meta” cəmi 36,46 milyard dollar gəlir əldə edib.

Bu nöqtədə gözləntilər 36,16 milyard dollar idi. Şirkətin xalis gəliri 12,37 milyard dollar olaraq açıqlanıb.

Qeyd edək ki, bu rəqəm əvvəlki illə müqayisədə iki dəfədən çox artıb.