OBA PR menecer axtarır

OBA PR menecer axtarır

img



Vəzifə: İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

 

Namizədə tələblər

 

• Təhsil: Ali təhsil

• Kompüter bilikləri: MS Office

• Dil bilikləri: Rus dili və ingilis dili yüksək səviyyədə

• Yaş: 25-35;

• İctimaiyyətlə Əlaqələr sahəsində minimum 2 il iş təcrübəsi

• Yüksək səviyyədə media və jurnalistika bilikləri

 

Vəzifə öhdəlikləri:

 

• OBA brendinin imic və reputasiyasının yüksəldilməsi, onun şəxsi markalarının tanıdılması

• Marketinq departamentinin digər strukturları ilə birlikdə kampaniyalar və tədbirlərin həyata keçirilməsi;

• Şirkətin fəaliyyəti, tədbirləri, yeni məhsullar barədə media vasitəsilə ictimaiyyətin məlumatlandırılması (press-relizlər, bəyanatlar, açıqlamalar, müsahibələr və s.);

• KİV-də və sosial mediada OBA barədə yayımlanan materialların gündəlik monitorinqi və aidiyyatı üzrə rəhbər şəxslərin məlumatlandırılması;

• Media-planların hazırlanması və televiziyalar, radiolar tərəfindən icrasına nəzarət olunması;

• Video, audio roliklərin, poster və yazılı reklamların hazırlanmasında iştirak;

• Korporativ saytın idarə olunması, məlumatların yerləşdirilməsi;

• Sosial media idarəçiliyinə nəzarət

• KSM strategiyasının hazırlanması, planlarının yazılması, tədbirlərinin həyata keçirilməsi;

• Daxili kommunikasiya strategiyasının hazırlanması və həyata keçirilməsi,

• Korporativ tədbirlərin təşkili

 

Təminatlar:

 

• Nahar şirkət tərəfindən verilir;

• Korporativ nömrə ilə təmin edilmə;

• Servis şirkət tərəfindən təmin edilir;

 

• Beşgünlük iş qrafiki; iş saatları 09:00 – 18:00;

 

Əmək haqqı: 1400-1700 AZN

 

• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri " yazaraq cv@oba.com.az ünvanına göndərmələri xahiş olunur.