Xanhüseyn Kazımlı qızının deputat olması üçün Prezidentə müraciət etdi: “İcazə versəniz...”

Xanhüseyn Kazımlı qızının deputat olması üçün Prezidentə müraciət etdi: “İcazə versəniz...”

img



V çağırış Milli Məclisin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı qızı Əsli Kazımovanın 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

“İndex” xəbər verir ki, müraciətdə deyilir:

“Zati-aliləri!

Əziz və möhtərəm Prezidentimiz!

Mən Kazımlı Xanhüseyn Hüseynağa oğlu İmişli rayonunun Ağaməmmədli kəndindənəm. I-V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilərək (hazırda Biləsuvar rayonundan seçilmişəm) müstəqilliyimizi quranlara və Azərbaycanı çiçəkləndirərək yaşadanlara əlimdən gələn səviyyədə xidmət etmişəm. Bir deputat olaraq ötən zamanlarda olan fəaliyyətimi və Azərbaycan Macarıstan üzrə parlamentlərarası dostluq qrupunun sədri kimi Macarıstan Prezidentinin şəxsi imzaladığı medalla təltif edilmişəm. Siz icazə versəniz, mən hər hansı bölgədənsə Milli Məclisin üzvü seçilməyimə razı deyiləm. Əvəzində isə Azərbaycan Sosial Rifah Partiyası sədrinin birinci müavini, 1992-ci ildən iqtisadi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi istiqamətində doktorluq işi hazır olan, öz bilik və bacarığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin “Tənzimlənmə” kafedrasının əməkdaşı “Böyük siyasətin davamı”, “Faciələrimiz unudulmayacaqdır”, “Azərbaycanlılara qarşı ermənilərin soyqırımı” əsərlərinin müəlliflərindən biri olan Kazımova Əsli Xanhüseyn qızının namizədliyini (1981-ci il təvəllüdlü) doğulduğum diyardan verərdim”.

Qeyd: Məktubun sürətini ictimai fəal Bəxtiyar Hacıyev paylaşıb.

Pravda.az