Ukrayna Prezidenti Volodimir Zelenski Anatoli Kutsevalı ölkənin Latviyadakı səfiri vəzifəsindən azad edib.

İndex.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı müvafiq fərmanı oktyabrın 7-də imzalayıb.

"Anatoli Kutseval Ukraynanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin", - fərmanda qeyd edilib.

Onun vəzifəsindən azad ediliməsinin səbəbləri və yeni səfirin adı açıqlanmayıb.