“WhatsApp” tərtibatçıları istifadəçilərə qrup çatlarında zəngləri planlaşdırmaq imkanı verəcək yeni funksiyanı sınaqdan keçirirlər.
İndex.az xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
Bildirilir ki, yenilik sayəsində istifadəçilər qrup zəngini əvvəlcədən planlaşdıra biləcəklər ki, bu da xüsusilə planlaşdırılmış onlayn görüşlər üçün faydalı olacaq.
Planlaşdırılmış zəng yaradarkən istifadəçilər görüşün adını, tarixini və vaxtını təyin edə biləcəklər. Çat iştirakçıları planlaşdırılmış zəng yaradıldıqda və həmçinin zəng başlayanda bildiriş alacaqlar.
Bu funksiya hələ tərtibat mərhələsindədir. Lakin artıq “Android”də “WhatsApp beta 2.23.4.4” istifadəçiləri üçün əlçatandır. Android, iOS və PC-də messencerin stabil versiyalarında planlaşdırılmış zənglərin buraxılış tarixləri açıqlanmayıb.
