Bir sıra xəbər saytlarında “Unibank” mühafizəçisinin döyülməsi haqda məlumatlar yayılıb.

İndex.az banka istinadən verdiyi xəbərə görə, bank yayılmış məlumatlarla bağlı bildirir ki,  Bankın Təbriz küçəsi 94 ünvanında  yerləşən “Nərimanov” filialında hər hansı insident qeydə alınmayıb. “Unibank”ın ümumiyyətlə Bağırov Lətif İsmayıl oğlu adlı əməkdaşı yoxdur.

“Media orqanlarından Media qanunvericiliyinə və media etikasına uyğun olaraq, “Unibank”la bağlı hər hansı xəbəri yazmazdan əvvəl bankdan və yaxud xəbərin təyinatına uyğun olaraq, aidiyyatı rəsmi qurumlardan dəqiqləşdirməyi xahiş edirik”, - bankın məlumatında deyilir.